BolgeXeber.Com » Dünya » Güclü leysan Tiflisdə fəsadlar törətdi

Güclü leysan Tiflisdə fəsadlar törətdi

31-05-2024, 09:21
Oxunub: 2 488
Güclü külək və dolu ilə müşahidə olunan yağıntılar Tiflisdə ciddi problemlər yaradıb. Paytaxtda küçələrini su basıb, ağaclar aşıb, elektrik xətləri zədələnib.

Bolgə.TV xəbər verir ki, bu barədə Tiflis meriyasının yaydığı məlumatda deyilir.
Ən çox yağıntı Didube, Çuğureti, Mtatsminda və Saburtalo ərazilərində qeydə alınıb.

Meriya dəymiş ziyanın bərpası istiqamətində işlərə başlayıb.