BolgeXeber.Com » Dünya » Hindistanda 24 saatda 85 nəfər istidən öldü

Hindistanda 24 saatda 85 nəfər istidən öldü

1-06-2024, 13:29
Oxunub: 2 600
Hindistanın şimalında və şərqində son 24 saat ərzində ən azı 85 nəfər havanın yüksək temperaturu səbəbindən ölüb.

Bolgə.TV xəbər verir ki, ən çox ölüm halı yüksək temperaturun yüksək rütubətlə daha da ağırlaşdığı Odişa ştatındadır.
Məlumata görə, Hindistanın şərq sahilində yerləşən bu ştatda istilərin 46 qurbanı qeydə alınıb, daha onlarla şəxs xəstəxanaya yerləşdirilib.