Finlandiya prezidentindən Rusiya və Ukraynaya ÇAĞIRIŞ
30-07-2024, 12:42
Oxunub: 2 608
"Sülh danışıqlarına başlamağın vaxtıdır".
Bolgə.TV xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyib.
Finlandiya prezidentinin sözlərinə görə, Ukrayna indi danışıqlar üçün bir neçə ay əvvəlkindən daha yaxşı vəziyyətdədir: "Biz danışıqların başlamalı olduğu nöqtəyə yaxınlaşırıq".
"Ukrayna öz mövqeyini qoruyub saxlamaq üçün lazımi avadanlıq və büdcə ilə təmin olunub. Biz artıq yazda düşdüyümüz vəziyyətdə deyilik. O vaxt Amerikanın yardımı əngəllənir, Avropa isə texnikanı çatdırmaqda çətinlik çəkirdi. Rusiyanın heç bir sıçrayışı yoxdur. Putin Qərbin müharibədən yorulacağını düşünürdü, amma yanıldı", - o əlavə edib.
Bununla yanaşı, Stubb qeyd edib ki, Ukraynanın əsas şərti - Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması "mümkün danışıqlar üçün ilkin şərt kimi irəli sürülə bilməz".
Eyni zamanda, o bəyan edib ki, “danışıqların başlanması sizin güzəştə gedəcəyiniz demək deyil”.
"Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Biz ikitərəfli razılaşmalar və NATO-ya və təbii ki, Avropa İttifaqına mümkün yol vasitəsilə ona kömək edə bilərik", - Stubb deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər