BolgeXeber.Com » Dünya » Türkiyə təyyarəsi məcburi eniş etdi

Türkiyə təyyarəsi məcburi eniş etdi

12-08-2024, 18:14
Oxunub: 3 520
Türkiyədə özəl şirkətə məxsus ikinəfərlik təlim təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən məcburi olaraq əkin sahəsinə eniş etmək məcburiyyətində qalıb.

Bolgə.TV xəbər verir ki, hadisə Çanaqqala bölgəsində baş verib. Hadisə nəticəsində pilot və onun yanında əyləşən sərnişin xəsarət alıblar.
Həkimlər onların xəsarətinin ciddi olmadığını qeyd ediblər.