BolgeXeber.Com » Dünya » Zelenski Ali Radanı təcili toplanmağa ÇAĞIRDI

Zelenski Ali Radanı təcili toplanmağa ÇAĞIRDI

15-08-2024, 16:15
Oxunub: 2 504
Ukrayna prezidenti Volodimir Zelenski Ali Radanı bəzi hüquqi məsələləri nəzərdən keçirmək üçün təcili toplaşmağa çağırıb.
 
Bolgə.TV UNIAN-a istinadən xəbər verir ki, müraciətində bunu prezident özü qeyd edib.

O bildirib ki, bu, ilk növbədə, Kursk vilayətində yerləşən ukraynalı hərbçilərə, eləcə də digər dövlətlərin vətəndaşlığı olan ukraynalı legionerlərə verilən hüquqi təminatlara aiddir.
 
“Onlar bizim vətəndaşlarımız, Ukrayna vətəndaşları olmağa layiqdirlər”, - deyə prezident vurğulayıb.