Tacikistanda güclü zəlzələ oldu
27-08-2024, 13:50
Oxunub: 2 376
Tacikistanın şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.
Bolgə.TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin ocağı 114 kilometr dərinlikdə, Əfqanıstanla sərhədin yaxınlığında yerləşib.
Zəlzələ paytaxt Düşənbədə hiss olunmayıb.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.