Bu ölkədə meymun çiçəyinə yoluxma sayı 48-ə çatdı
31-08-2024, 10:25
Oxunub: 1 768
Afrikanın ən sıx məskunlaşma olan ölkəsi Nigeriyada meymun çiçəyi virusuna (mpox) yoluxma sayının 48-ə yüksəldiyi bildirilib.
Bolgə.TV xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada virusun paytaxt Abuca ilə yanaşı, ölkənin 20 əyalətinə də yayıldığı bildirilib.
Açıqlamada virusa yoluxanların sayının 48-ə yüksəldiyi qeyd edilib və virusa görə can itkisinin olmadığı bildirilib.
Nigeriya avqustun 27-də M-pox xəstəliyi ilə mübarizə çərçivəsində ABŞ tərəfindən göndərilən 10 min doza peyvənd alıb.
Nigeriya hökuməti xəstəliyin yayılmasının qarşısını almaq üçün beynəlxalq səyahətçilər üçün sağlamlıq bəyannaməsi forması hazırlamışdı.
Afrika İttifaqı Afrika ölkələrində sürətlə yayılan M-pox virusuna qarşı bütün qitədə ictimai səhiyyə fövqəladə vəziyyət elan edib.