Ermənistanda hərbçinin ölümünə görə əsgər yoldaşı SAXLANILIB
4-09-2024, 12:53
Oxunub: 1 392
Ermənistanda hərbçi Edqar Aleksanyanın ölümü ilə bağlı onun əsgər yoldaşı saxlanılıb.
Bolgə.TV xəbər verir ki, bu barədə mənbələr "Sputnik Armenia"ya məlumat veriblər.
Bəzi KİV-lərin məlumatına görə, hadisə Sisian şəhərində baş verib. İstintaq Komitəsi və Müdafiə Nazirliyi hadisənin yerini göstərmir.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın hərbi hissələrindən birində güllə yarası olan erməni hərbçinin meyiti tapılıb. Məlumatı Ermənistan MN yaymışdı. Bildirilirdi ki, Edqar Aleksanyanın ölümünün səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.