Baş katibdən NATO ölkələrinə Ukrayna ÇAĞIRIŞI
6-09-2024, 15:18
Oxunub: 1 488
NATO üzvü olan ölkələr Ukraynaya daha çox hərbi yardım göstərməlidir.
Bolgə.TV xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə keçirdiyi mətbuat konfransında deyib.
“Ukraynanın indi daha çox hərbi dəstəyə ehtiyacı var. Müharibəyə son qoymağın ən sürətli yolu Ukraynaya daha çox silah verməkdir”, - deyə o qeyd edib.
Blok ölkələrini Kiyevi dəstəkləməyə davam etməyə çağıran Stoltenberq Ukraynanın özünümüdafiə hüququna malik olduğunu təkrarlayıb.