Türkiyədəki terrorda şəhid olanlar kimlərdir? - Taksi sürücüsü, çiçək götürən qadın və…
24-10-2024, 11:52
Oxunub: 2 136
Türk Aviasiya Sənayesinin ürəyi sayılan TUSAŞ-ın Kahramankazan rayonundakı şəhərciyində törədilən terror aktı nəticəsində şəhid olanların kimliyi məlum olub.
Bolgə.TV xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada, hücumda mühəndis-mexanik Zahide Güçlü, keyfiyyətə nəzarət zabiti Cengiz Coşkun, işçi Həsən Hüseyn Cambaz, təhlükəsizlik işçisi Atakan Şahin Ərdoğan və taksi sürücüsü Murat Arslanın şəhid olduğu bildirilib.
Şəhid mühəndis Zahide Güçlü ərinin ona evlilik ildönümləri münasibətilə göndərdiyi gülü götürməyə gedərkən yaralanıb.