Paşinyan Türkiyə jurnalistlərini İrəvana dəvət edəcək
30-10-2024, 11:53
Oxunub: 2 008
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə mediasının nümayəndələrini ölkəsinə dəvət edəcək.
Bolgə.TV xəbər verir ki, bunu Ermənistanın 2025-ci il dövlət büdcəsi layihəsinin parlamentin maliyyə və kredit məsələləri üzrə komissiyasında müzakirəsi zamanı baş nazir aparatının rəhbəri Arayik Arutyunyan deyib.
O bildirib ki, türkiyəli jurnalistləri İrəvana dəvət etməkdə məqsəd Ermənistanın “Sülh kəsişməsi” təşəbbüsünün işıqlandırılmasına nail olmaqdır.
Arutyunyan əlavə edib ki, yaxın vaxtlarda iranlı ekspertlərin də Ermənistana 4 günlük səfəri planlaşdırılır.
Bundan əlavə, bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək.