Yaponiyada güclü zəlzələ baş verdi
7-11-2024, 10:06
Oxunub: 1 816
Yaponiyaya məxsus Bonin adalarının sahilində 5,8 maqnitudalı zəlzələ olub.
Bolgə.TV xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 02:55-də qeydə alınmış zəlzələnin episentri Hahajima adasından 151 km cənub-şərqdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb