BolgeXeber.Com » Dünya » Rza Ebruya nələr alıbmış - Siyahı

Rza Ebruya nələr alıbmış - Siyahı

19-12-2013, 19:35
Oxunub: 5 252 Türkiyədə Əbru Gündəşin həyat yoldaşı kimi tanınan Reza Zerrab həbs olunduqdan sonra onunla bağlı mətbuatda bir çox məlumatlar yer aldı. Bu məlumatlar arasında ən çox diqqət çəkən isə qısa zaman ərzində həyat yoldaşına aldığı bahalı hədiyyələrdir.
Bolgexeber.com virtualaz.org-a istinadən Türkiyədə korrupsiya və rüşvət əməliyyatında saxlanılan iş adamı Reza Zerrabın Əbru Gündəşə aldığı bahalı hədiyyələrin bir hissəsinin siyahısını təqdim edir:

1. Türkiyədə, Kanlıcada 26 milyon lirəlik əkiz villa, yollara tökülən kamaz dolu güllər

2. Sapphiredə, göydələndə 4 milyon lirəlik mənzil

3. 1 milyon 850 min lirəlik bağ evi

4. Dubayda ev

5. Ad günü hədiyyəsi olaraq 520 min lirəlik "BMW 760" avtomobili

6. “EBR” seriyalı 50 min lirəlik avtomobil nömrəsi

7. Əbru Gündəş Kıbrısda verdiyi konsetdən 60 min lirə qazandı, amma əri ona 80 min lirəyə yaxta kirayələdi

8. Rza Zərrab saxlanılmamışdan bir gün əvvəl aldığı Nazmi Ziyanın “Sənətçinin evi’ adlı rəsm əsərinin qiyməti 1 milyon 50 min lirədir

9. 12-16 milyon dollar dəyərində "Challenger 300" tipli təyyarə

10. İngilis cinsindən “El Ganador” adlı yarış atı

11. 1 milyon lirəlik “Duty Free” yarış atı

Qeyd edək ki, Rza Zərrabın Türkiyə vətəndaşı olduqdan sonra aldığı bütün daşınan və daşınmaz əmlakına həbs qoyulub. Siyahıda qeyd etdiyimiz təyyarə və "El Ganarador" atı artıq müsadirə olunub.

Xatırladaq ki, 50 türk lirəsi 22 manatdır.