BolgeXeber.Com » Dünya » Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ oldu

2-12-2024, 09:56
Oxunub: 1 864
Ermənistan ərazisində zəlzələ qeydə alınıb.
Bolgə.TV xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik mühafizə xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 2-də yerli vaxtla saat 08:38-də (GMT 04:00) Stepanavan şəhərindən 11 km şimal-qərbdə 3,4 bal gücündə zəlzələ qeydə alınıb.
Episentrdə zəlzələnin gücü 4-5 bal olub. Zəlzələ ətraf ərazilərdə 4 bala qədər hiss olunub.