Suriyada 5 gündə nə qədər insan köçürülüb?
7-12-2024, 10:52
Oxunub: 1 720
Suriyadakı müxalif qruplar Əsəd rejiminə qarşı irəliləyişlərini sürətlə davam etdirirlər.
Bolgə.TV Türkiyə mediasına istinadən xəbər verir ki, Hələbin Əsəd rejimindən, Tel Rifatın isə PKK/YPG-dən geri alınmasından sonra bölgədə böyük bir köç hərəkatı yaşanır.
Son 5 gündə ən az 200 min insan ölkə daxilində yer dəyişdirib.
Məlumata görə, suriyalılar ən çox Hələb, Tel Rıfat və Afrinə qayıdırlar.