Kiyevdə Ukraynanın dövlət bayrağı endirildi
10-12-2024, 17:07
Oxunub: 1 240
Kiyev şəhər administrasiyası əlverişsiz hava şəraiti nəticəsində parçasına dəyən ziyana görə “Ukraynanın əsas dövlət bayrağını” endirib.
Bolgə.TV xəbər verir ki, bu barədə Ukrayna paytaxtının hakimiyyət orqanları "Telegram"-da məlumat veriblər.
“Kiyevdə ölkənin əsas bayrağı müvəqqəti olaraq götürülüb. “Kiyevzelenstroy”un məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən bayraq zədələnib”, - məlumatda deyilir.
Bildirilir ki, ölçüsü 16x24 metr olan bayraq 24 saat ərzində dəyişdiriləcək