Qəzaya uğrayan təyyarədəki sərnişinlər bu ölkənin vətəndaşlarıdır
25-12-2024, 11:45
Oxunub: 1 832
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin göyərtəsində ilkin məlumata görə, 60-dan çox Rusiya vətəndaşı olub.
Bolgə.TV xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
“Qəzaya uğrayan təyyarənin göyərtəsində 60-dan çox rusiyalı olub”, - kanal yazır.
İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər sağ qalıb.