BolgeXeber.Com » Dünya » Los-Ancelesdəki yanğınlara görə saxlanılan var

Los-Ancelesdəki yanğınlara görə saxlanılan var

10-01-2025, 16:54
Oxunub: 720
Amerika polisi Los-Ancelesdə güclü meşə yanğınlarını törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb. 

Bolgə.TV xəbər verir ki, bu barədə məlumatı şəhərin polis zabiti Şon Dinsə istinadən "NewsNation" yayıb. 
Los-Anceles prokuroru Natan Hohman bildirib ki, yanğını törədən şəxslərlə bağlı maksimum cəza tətbiq ediləcək. 
Xatırladaq ki, Kaliforniya ştatında yanğınlar yanvarın 7-dən davam edir. Los-Ancelesdə 100 mindən çox sakin təxliyə barədə bildiriş alıb. Ən son məlumata görə, hadisə səbəbindən 10 nəfər həlak olub.