BolgeXeber.Com » Dünya » Qonşuda donuz qripi aşkarlandı

Qonşuda donuz qripi aşkarlandı

20-01-2025, 15:50
Oxunub: 1 328
Son iki həftə ərzində Gürcüstanda bir neçə nəfər donuz qripi səbəbindən dünyasını dəyişib.
Bolgə.TV xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.
Məlumata görə, H1N1 virusunun fəsadları fonunda xəstələrdə müşahidə olunan yan xəstəliklər ölümə səbəb olub.
Bildirilib ki, dünyasını dəyişənlərdən heç biri peyvənd olunmayıb.
Həkimlər virusun yanvar ayının sonuna doğru daha geniş yayılacağını gözləyirlər.