BolgeXeber.Com » Dünya » Türkiyədəki yanğınla bağlı yayım qadağası ləğv edildi

Türkiyədəki yanğınla bağlı yayım qadağası ləğv edildi

22-01-2025, 12:17
Oxunub: 928
Türkiyənin Bolu vilayətinin Qartalqaya turizm mərkəzində 76 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğınla bağlı qoyulan yayım qadağası aradan qaldırılıb.
Bolgə.TV xəbər verir ki, bu barədə RTÜK məlumat yayıb.
“Bolu 2-ci Cəza Məhkəməsi tərəfindən Qartalqaya Xizək Mərkəzində oteldəki yanğınla bağlı aparılan istintaq çərçivəsində tətbiq edilən yayım qadağası aradan qaldırılıb”, - məlumatda qeyd olunub.
Bildirək ki, dünən yanğınla bağlı tətbiq edilən yayım qadağası ilə yanaşı, RTÜK şərh qadağası də tətbiq etmişdi.