Paşinyan Türkiyəyə başsağlığı verdi
22-01-2025, 14:51
Oxunub: 1 416
Ermənistanın Baş naziri Nikol Paşinyan Boludakı oteldə baş verən yanğın səbəbilə Türkiyəyə başsağlığı verib.
"Boludakı faciə nəticəsində həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralılara şəfa diləyirəm", - N.Paşinyan qeyd edib.
Xatırladaq ki, yanvarın 21-i səhər saatlarında Türkiyənin Bolu vilayətində yerləşən Qartalqaya Xizək Mərkəzindəki oteldə yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər ölüb, 51 nəfər yaralanıb. Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb.