Qazaxıstanda mədən çökdü: 7 işçinin meyiti tapıldı
18-02-2025, 10:07
Oxunub: 1 720
Qazaxıstanın Ulıtau vilayətində mədənin çökməsi nəticəsində ölən yeddi mədənçinin meyiti xilasetmə qrupları tərəfindən tapılıb.
Bu barədə Qazaxıstan FHN məlumat yayıb.
“Qazaxmıs” MMC-yə məxsus mədəndə aparılan axtarış-xilasetmə işləri zamanı 7 işçinin hamısının meyitləri səthə qaldırılıb və məhkəmə-tibbi ekspertiza üçün polis əməkdaşlarına təhvil verilib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Qazaxıstan hökuməti olayın səbəblərini araşdırmaq üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə xüsusi komissiyanın yaradıldığını bildirib.