Bu günün ulduz falı
9-01-2014, 06:15
Oxunub: 4 687
QOÇ - Günün ilk yarısında mümkün qədər ehtiyatlı olun. Çünki sizə qarşı təxribat hazırlandığı güman olunur. Nahardan sonrakı ərəfəni isə bütünlüklə ailə-sevgi məsələlərinə həsr edin.
BUĞA - Səhər saat 07:23-dən mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün yeni, riskli və ağlınız kəsməyən işlərdən imtina etməlisiniz. Əgər dinimizə riayət etsəniz, uğurlarınız yaxınlaşacaq.
ƏKİZLƏR - Yeni simalarla, xoş təsadüflərlə rastlaşma ehtimalınız böyükdür. Hətta bir neçə sürpriz də mümkündür. Saat 19-dan sonra bütün təkliflərdən imtina edin, hətta xeyirli görünsə də.
XƏRÇƏNG - Şəxsi işlərinizdə əsaslı dönüşə başlamaq istəyirsinizsə, bu təqvimdən yararlanın. Təcrübəli adamların məsləhətindən nəticə çıxarın. Həmkarlarınızla səmimi davranın. Sürprizlər gözlənilir.
ŞİR - Təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, səfərə də çıxasınız. Ümumiyyətlə, bu gün uzaqda yaşayan doğmalarınızla mütləq əlaqə saxlamalısınız. Ədalət prinsiplərindən çıxmayın.
QIZ - Kifayət qədər uğurlu gündür. Nəzərdə tutduğunuz bütün ədalətli planların reallaşacağı gözlənilir. Qonaq getmək ehtimalınız da var. Amma gərək gecəni öz evinizdə keçirəsiniz.
TƏRƏZİ - Yalnız istirahətə aludə olun. Hər hansı fəaliyyət və ya riskli sövdələşmə zərərinizə ola bilər. Özünüzü hər hansı münaqişələrdən qoruyun. Nahardan sonra qonaq getməyə dəyər.
ƏQRƏB - Maraqlı bir gün yaşayacaqsınız. Ətrafınızda olan hər şey ürəyinizcə olacaq. Ulduzlar günün ikinci yarısını gəzinti və əylənəcələrə, qonaqlıqlara həsr etməyinizi tövsiyə edir.
OXATAN – Göy qübbəsi bu təqvimdə bütün külli-ixtiyarı öz əlinizə verəcək. Deməli, proseslərin inkişafı çıxardığınız qərarlardan asılı olacaq. Ədalətli addımlar atın, Tanrı hökmünü unutmayın!
OĞLAQ - Yeni əlaqələrə başlamaq üçün şanslı ərəfədir. Çalışın ki, təşəbbüskarlığı əldən verməyəsiniz. Nahardan sonra aldığınız bütün təkliflərə razılıq verin. Riskdən qorxmayın.
SUTÖKƏN - Sağlamlığınıza zidd işlər görməyiniz ümumi əhvalınızda passivlik yarada bilər. Odur ki, səhhətinizə qarşı diqqətli olun. Yeni planlarınızı bir daha götür-qoy edin. Sədəqə verməkdən çəkinməyin.
BALIQLAR - Fəaliyyət zəminində böyük uğurlara gedən yolu tapacaqsınız. Buna görə də hər şeyi dəfələrlə ölçüb-biçin. Asudə vaxtlarınızı isə xilas mənbəyiniz olan məhəbbətə həsr edin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər