BolgeXeber.Com » Dünya » Gürcülərlə ermənilər arasında dava olub

Gürcülərlə ermənilər arasında dava olub

24-03-2025, 14:16
Oxunub: 1 368
Millətlər Liqasının pley-off mərhələsində Gürcüstan və Türkiyə milliləri arasında qarşılaşma tamaşaçısız keçirilə bilər.
Bolgə.tv xəbər verir ki, buna səbəb martın 23-də Tbilisidə Ermənistan və Gürcüstan yığmaları arasında keçirilən oyundan sonra baş vermiş insidentdir. Bu barədə Gürcüstanın “Komabegi” fanat hərəkatı məlumat yayıb.
Martın 23-də Tbilisidəki “Dinamo Arena” stadionunda Ermənistan və Gürcüstan yığmaları arasında keçirilən oyundan sonra iğtişaşlar baş verib. Final fitindən sonra gürcü azarkeşlər meydançaya qaçaraq erməni azarkeşlərin yerləşdiyi səfər tribunasına doğru irəliləyiblər. Bəzi gürcü azarkeşlər nalayiq jestlər etməyə başlayıblar. Sonradan daha çox gürcü azarkeş erməni azarkeşlərin olduğu sektora doğru hərəkət edib.
Mübahisə başlayıb, erməni tribunasına tərəf müxtəlif əşyalar atılıb.
"Biz heç bir şəkildə haqq qazandırıla bilməyən oyunsonrası insidentdən təəssüflənirik. Bu, təkcə bu bayramı yox, çox şeyi korladı", - bəyanatda deyilir.
Xatırladaq ki, oyun Gürcüstanın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb