Avropa bu məsələ ilə bağlı sülh istəmir?
28-03-2025, 16:01
Oxunub: 2 376
Avropa ölkələrinin Moskvaya qarşı sanksiyaları ləğv etmək istəməməsi onların sülh istəməməsi deməkdir.
Bolgə.tv xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Qara dəniz təşəbbüsünün tərkib hissəsi kənd təsərrüfatı məhsulları ilə bağlı hesablaşmalarla məşğul olan bank qurumumuza sanksiyaların aradan qaldırılmasıdır. Bu sanksiyaların mahiyyəti son dərəcə aydındır. Əgər Avropa ölkələri bu yolla getmək istəmirlərsə, bu o deməkdir ki, onlar sülh istəmirlər, Moskva və Vaşinqtonun sülhsevər istiqamətə doğru irəliləmək üçün göstərdikləri səylərə töhfə vermək və birgə hərəkət etmək istəmirlər”, - Peskov bildirib.