BolgeXeber.Com » Dünya » Myanmada daha bir zəlzələ oldu

Myanmada daha bir zəlzələ oldu

29-03-2025, 13:57
Oxunub: 1 672
Myanmanın paytaxtı Neypidodan iki kilometr məsafədə 5,2 maqnitudalı zəlzələ baş verib.
Bolgə.TV xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 15:50-də baş verib.
Qeyd edək ki, ötən gün Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl dağıdıcı zəlzələlər baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 1002 nəfər ölüb, 2376 nəfər yaralanıb.