7,7 ballıq zəlzələ: 60 saat sonra 4 nəfər xilas edildi
31-03-2025, 10:52
Oxunub: 1 464
Myanmada 7,7 bal gücündə zəlzələdən təxminən 60 saat sonra daha 4 nəfər dağıntılar altından xilas edilib.
Bolgə.TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edək ki, zəlzələ nəticəsində son məlumata görə ölənlərin sayı 1700-ü keçib, yüzlərlə insan itkin düşüb.
Xilasedicilər Banqkokda uçmuş 30 mərtəbəli hündürmərtəbəli binanın altında qalan 76 fəhləni tapmaq üçün çalışırlar.