NATO-dan Ukraynaya vəd: Üzv ola biləcək? - Baş katib açıqladı
4-04-2025, 16:58
Oxunub: 1 200
Ukraynanın NATO-ya mümkün üzvlüyü hazırkı nizamlanmanın bir hissəsi deyil.
Bolgə.TV xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib. Lakin o, Kiyevə alyansa “dönməz yol” vəd edib.
"Vaşinqtonda keçirilən sammitdə Ukraynaya alyansa dönməz yol vəd edilib. Bu, doğrudur. Ukrayna hazırda NATO-ya yaxındır. Bununla belə, heç kim NATO-ya üzvlüyün sülh sazişinin tərkib hissəsi olacağını deməyib", - deyə o, alyansın xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən xatırlatma edib