Tramp FED sədrini istefa ilə hədələdi
17-04-2025, 16:37
Oxunub: 1 048
ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauelin vəzifəsini tərk etməli olduğunu bildirib.
Bolgə.TV xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp qeyd edib ki, Pauell neft və ərzaq qiymətləri (hətta yumurtanın) aşağı düşməsi səbəbindən əsas dərəcəni “çoxdan” azaltmalı idi.
Avropa Mərkəzi Bankının da tezliklə (yeddinci dəfə) faiz dərəcələrini aşağı salacağı gözlənilir.
"Və Federal Ehtiyatdan olan Cerom Pauel həmişə gecikir və səhvlər edir. Pauel faiz dərəcələrini çoxdan azaltmalı idi. Pauelin istefası labüddür", - deyə Tramp fikrini yekunlaşdırıb.