İstanbulda şiddətli zəlzələ: xəsarət alanlar var? – Rəsmi
23-04-2025, 15:25
Oxunub: 696
Bu ana qədər İstanbulda baş verən şiddətli zəlzələdən sonra xəsarət alma ilə bağlı 112 - təcili tibbi yardım briqadasına və xəstəxanalara heç bir məlumat daxil olmayıb.
Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
“Nazirlik olaraq bütün əlaqədar qurumlarımızla tam koordinasiyalı şəkildə prosesi yaxından izləyirik”, - məlumatda bildirilib.