İstanbulda yenə zəlzələ oldu
24-04-2025, 10:08
Oxunub: 768
İstanbulun Böyükçəkməcə sahillərində səhər saatlarında 4,1 bal gücündə zəlzələ baş verib.
Bolgə.tv xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən gün İstanbulda 6,2 bal gücündə zəlzələ olub.