BolgeXeber.Com » Dünya » "Arka Sokaklar" serialında VİDA – 19 mövsümlük hekayə başa çatdı

"Arka Sokaklar" serialında VİDA – 19 mövsümlük hekayə başa çatdı

25-04-2025, 15:52
Oxunub: 824
Türk televiziya tarixinin əfsanəvi seriallarından olan "Arka Sokaklar" 19-cu mövsümündə izləyiciləri kədərli bir ayrılıqla sarsıtıb. 2006-cı ildən bu günə qədər serialda Komissar Aylin obrazını canlandıran aktrisa Özlem Çınar layihəyə vida edib.
Emosional səhnələri ilə də yadda qalan serial bu axşam yayımlanacaq yeni bölümü ilə izləyicilərinə unudulmaz anlar yaşadacaq. Son tanıtımda Aylin Komissarın şəhid olduğu anlar yer alıb və bu səhnələr tamaşaçıları dərindən təsirləndirib.
Tanıtıma duyğusal məna qatan ən diqqətçəkən məqam isə səhnələrə fon olan Cem Adrianın "Ben Seni Çok Sevdim" adlı mahnısı olub. Göz yaşlarına səbəb olan həmin kadrlar qısa zamanda sosial mediada böyük əks-səda doğurub.