Tehranda güclü külək: ölənlər var
28-04-2025, 11:33
Oxunub: 640
Ötən gün Tehran şəhərində güclü külək nəticəsində 2 nəfər ölüb, 41 nəfər yaralanıb.
Bolgə.TV xəbər verir ki, bu barədə Tehran Təcili Yardım Mərkəzi məlumat yayıb.
Ölənlərdən birinin 15 yaşlı yeniyetmə, digərinin isə 60 yaşlı qadın olduğu bildirilib.
Yaralılardan 12-si Təcili Yardım Mərkəzinə, 29-u isə şəhər xəstəxanalarına yerləşdirilib.