Ərdoğandan Suriyadakı gərginliyə reaksiya
1-05-2025, 10:19
Oxunub: 816
Suriyanın ərazi bütövlüyü bizim üçün əvəzolunmazdır. Suriya hökumətinin də eyni həssaslıqla hərəkət etdiyini bilirik. Ölkədəki silahlı qrupların Suriya Müdafiə Nazirliyinin "dam"ı altında toplanaraq Suriyanın birlik və bütövlüyünə töhfə verməsi çox vacibdir.
Bolgə.tv xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Federativ struktur məsələsi boş xəyaldan başqa bir şey deyil. Suriya reallığında bunun yeri yoxdur. Onlara məsləhət görürəm ki, bölgənin sabitliyinə xidmət edəcək qərarlar qəbul etsinlər. Suriyanın və bölgənin daimi sabitliyini təhdid edən və ya təhlükə altına salan heç bir təşəbbüsə icazə verməyəcəyik.
Suriya rəsmiləri tərəfindən Suriya ordusundan əlavə heç bir silahlı strukturun qəbul edilməyəcəyi elan edilib. Onlar bu istiqamətdə işlərini davam etdirirlər. Bizim sərhəd təhlükəsizliyinə yanaşmamız da eynidir. Biz sərhədlərimizdən kənarda heç bir zorakı quruluşa icazə vermirik. Ən ağıllı variant bütün qrupların tək və bütün Suriya üçün çalışması və bu məqsədlə öz enerji və qüvvələrini səfərbər etməsidir. Biz Suriyadakı bütün qrupların təmsilçiliyinə və dialoquna üstünlük veririk”, - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, iki gündür Suriya ərazisində silahlı qruplarla hökumət qüvvələri arasında toqquşma yaşanır
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər