BolgeXeber.Com » Dünya » İstanbul görüşü başa çatdı?

İstanbul görüşü başa çatdı?

16-05-2025, 16:33
Oxunub: 1 624
Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşü iki saatdan sonra başa çatıb.
Bolgə.tv xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
"Görüş başa çatıb", - mənbə Bakı vaxtı ilə saat 16:20-də bildirib.
TASS-ın məlumatına görə isə nümayəndə heyətləri İstanbul danışıqlarına sadəcə fasilə verib. Qeyd olunur ki, “bu, son deyil, fasilədir”.
Rusiya, Ukrayna və Türkiyə arasında üçtərəfli görüş cümə günü Bakı vaxtı ilə saat 14:37-də Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalının da qatıldığı nümayəndə heyətləri ilə başlayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıqların əvvəlində açılış nitqi ilə tərəflərə müraciət edib