Pakistanda terakt- ÖLƏNLƏR VAR
19-05-2025, 11:59
Oxunub: 1 576
Pakistanın Balucistan əyalətinin Qilləh Abdullah bölgəsində terror aktı törədilib.
Bolgə.tv xarici mediaya istinadən xəbər verir ki, bazar qarşısında avtomobilin partladılması nəticəsində azı 4 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Bildirilib ki, partlayış dalğasından ətrafda olan ticarət obyektlərinə, o cümlədən silahlı qüvvələrə aid binaya ziyan dəyib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.