BolgeXeber.Com » Dünya » Tramp və Putin nə vaxt danışacaq?

Tramp və Putin nə vaxt danışacaq?

19-05-2025, 14:59
Oxunub: 1 432
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla mayın 19-da telefon danışığı aparacaq.

Bolgə.tv xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov təsdiqləyib.
Dövlət başçısının mətbuat katibinin sözlərinə görə, söhbət Moskva vaxtı ilə saat 17:00-a (Bakı vaxtı ilə saat: 18:00) planlaşdırılıb.
Peskov həmçinin “İstanbulda aparılan danışıqları nəzərə alsaq, təbii ki, söhbət vacibdir”, - deyə qeyd edib