Türkiyədə fabrikdə güclü yanğın baş verib
20-05-2025, 11:09
Oxunub: 672
Türkiyənin Mersin rayonunda səs və görüntü sistemləri istehsal edən fabrikdə yanğın baş verib.
Bolgə.tv xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə yanğınsöndürmə, polis və Böyükşəhər Bələdiyyəsinin xilasetmə qrupları cəlb edilib.
Partlayış səsləri eşidilən fabrikin yerləşdiyi bulvar birtərəfli hərəkətə bağlanıb.
Səhər saatlarında baş verən yanğının səbəbi məlum deyil