Türkiyə ilə bağlı QORXUNC AÇIQLAMA
21-05-2025, 13:46
Oxunub: 1 176
Xəbər verdiyimiz kimi, İstanbulda 4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Böyükçəkməcə rayonundan təxminən 23.6 kilometr məsafədə, 8.16 kilometr dərinlikdə qeydə alınıb.
Bolgə.tv Globalinfo.az-a istinadən xəbər verir ki, zəlzələ üzrə ekspert, professor Şükrü Ərsoy sözügedən zəlzələnin dağıdıcı və ya zərərli olmadığını bildirib.
“Qorxulu bir şey yoxdur. Aprelin 23-də Kumburqaz fayında zəlzələ baş verdi və buradakı enerji yavaş-yavaş boşalır. Hər gün 2-3 yeraltı təkanlar qeydə alındıqca, say azalır. Qonşu faylarda zəlzələlər 1 aydır davam edir”.
Professor Övgün Əhməd Ərcan isə deyib ki, bu cür lokal zəlzələlər əsas qırılmadan əvvəl baş verə bilər:
“Bu, böyük İstanbul zəlzələsinin siqnalı kimi qəbul edilməlidir”.
Geoloq Cəlal Şəngör də oxşar düşüncədədir.
“Əgər yenə 6,2 bal gücündə zəlzələ olarsa, bu, İstanbulda gözlənilən böyük zəlzələyə işarədir”, – o bildirib.
Seysmoloq Naci Görür isə vurğulayıb ki, son hadisə Kumburqaz fayında baş verib:
“23 apreldən bu yana, sözügedən fayda kiçik gərginliklər davam edir”.
Ümumiyyətlə, ekspertlər Mərmərə dənizindəki qırılma xətlərinin aktiv olduğunu vurğulayırlar. Güclü zəlzələnin vaxtı ilə bağlı dəqiq tarix yoxdur
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər