BolgeXeber.Com » Dünya » Türkiyədə bu azərbaycanlının yaxınları axtarılır

Türkiyədə bu azərbaycanlının yaxınları axtarılır

24-05-2025, 15:31
Oxunub: 1 360 Türkiyədə azərbaycanlı TIR sürücüsü faciəli şəkildə ölüb.
Bolgə.tv xəbər verir ki, hadisə Rizə şəhərində qeydə alınıb.
Azərbaycana məxsus 59 BG 176 dövlət qeydiyyat nişanlı TIR-ın sürücüsünü yolu keçərkən maşın vurub. O, hadisə yerində dünyasını dəyişib.
Bildirilib ki, o, idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında saxlayaraq, restoranda yemək üçün əks tərəfə keçmək istəyib. Hadisə də bu zaman baş verib.
Qeyd edək ki, hazırda yuxarıda qeyd edilən dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün yaxınları axtarılır