Rusiyada fond bazarı niyə çökdü?
26-05-2025, 15:25
Oxunub: 1 560
Bazar ertəsi, mayın 26-da ticarətin başlanğıcında Moskva Birjası indeksi aprelin 9-dan bəri ən aşağı səviyyəyə - 2720 punkta düşüb ki, bu da cümə günü bağlanış səviyyəsindən 50 bənd aşağıdır.
Bolgə.tv xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bakı vaxtı ilə saat 12:20-yə olan məlumata görə, indeks 2725 punkta uyğunlaşıb. İndiki eniş bir həftə əvvəl, indeks 2900 bəndinə yaxınlaşanda başlayıb. Birjanın nəticələri rublun məzənnəsinə təsir göstərmir.
Bazarın bu davranışının əsas səbəbi “Qazprom”un divident ödəməkdən imtinasına ümumi bədbin reaksiya ilə yanaşı, Rusiya və Ukrayna arasında danışıqlardan gözləntilərin azalması, habelə Moskvaya qarşı sanksiyalar tətbiq etməklə hədələyən ABŞ prezidenti Donald Trampın yeni şərhləri olub