Rusiyadan Qarabağ açıqlaması
10-06-2025, 11:50
Oxunub: 496
Rusiya prezidentin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı sözlərini kontekstdən çıxarmamağa çağırır.
Bolgə.tv xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Mövcud olmayan tezisləri kontekstdən çıxarıb ətrafdakı sözləri dəyişməyə, onlara tamam başqa məna verməyə ehtiyac yoxdur”, - o bildirib.
Zaxarova vurğulayıb ki, Rusiya Qarabağı rəsmi olaraq Azərbaycanın ərazisi kimi tanıyır:
“Medinski tarixi aspektindən, sosial-mədəni xüsusiyyətlərindən, insanların dərdindən danışıb”.