BolgeXeber.Com » Dünya » Rusiya Azərbaycana təşəkkür etdi

Rusiya Azərbaycana təşəkkür etdi

14-06-2025, 12:52
Oxunub: 624 İrandan təxliyə olunmalı 88 nəfərdən 56-sı artıq Azərbaycanın ərazisindədir. Onların arasında rejissor Fyodor Bondarçuk və onun çəkiliş qrupunun üzvləri də var.
Bolgə.TV xəbər verir ki, bu barədə Rusiyanın Bakıdakı səfirliyi məlumat verib.
“Hazırda 88 nəfərdən 56-sı Azərbaycan Respublikasının ərazisindədir. Sərhəd keçidi davam edir”, – deyə səfirliyin mətbuat xidmətindən bildirilib.
Səfirlik Rusiya vətəndaşlarının təxliyəsi və onların oteldə yerləşdirilməsi üçün nəqliyyatın təşkili sahəsində göstərilən köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.