BolgeXeber.Com » Dünya » İran açıqladı- ATMAMIŞIQ!

İran açıqladı- ATMAMIŞIQ!

24-06-2025, 12:58
Oxunub: 512
İran tərəfindən İsrailə raketin atılması ilə bağlı yayılan məlumatlar təkzib olunur.
Bolgə tv xəbər verir ki, bu barədə İran televiziyası məlumat yayıb.
Bildirilib ki, atəşkəs rejimi tətbiq olunduqdan sonra İran İsrailə raket atmayıb.
Qeyd edək ki, atəşkəs rejimi tətbiq olunduqdan təxminən 3 saat sonra İranın İsrailin Hayfa şəhərinə raket zərbəsi endirməsi ilə bağlı görüntülər yayılıb. Bundan sonra İsrail müdafiə naziri İsrail Katz Tehrana cavab zərbələri endiriləcəyi ilə bağlı açıqlama yayıb.