BolgeXeber.Com » Dünya » Evin həbsxanası vuruldu

Evin həbsxanası vuruldu

24-06-2025, 14:14
Oxunub: 744
Ötən gün İsrailin Tehrandakı Evin həbsxanasına zərbə endirməsindən və girişinin dağılmasından sonra məhbuslar başqa cəzaçəkmə müəssisələrinə köçürülüb.
Bolgə tv xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyi məlumat yayıb.
Neçə məhbusun və hansı həbsxanalara köçürüldüyü açıqlanmayıb.
Qeyd edək ki, əsasən siyasi məhbusların saxlanıldığı və siyasi rəqiblərə dəhşətli cəza verilən yer olaraq tanınan Evin həbsxanasına İsrail dünən zərbə endirmişdi.