Ukraynada ara yenə qarışıb
20-01-2014, 07:25
Oxunub: 5 167
Paytaxt Kiyevin mərkəzində on minlərlə nümayişçi Ukraynanın yeni qanununa məhəl qoymayaraq kütləvi etirazlara çıxıb.
Sərbəst toplaşma azadlığını məhdudlaşdıran yeni qanuna etiraz edən adamlar iğtişaş polisi ilə toqquşublar. Nümayişçilər prezident Viktor Yanukoviçin parlamentdə qəbul etdirdiyi yeni qanunun ölkəni polis rejiminə çevirəcəyini deyirlər.
Maska geymiş bir qrup gənc polis kordonuna çubuqlarla hücum etmiş və parlamentə gedən yolu bağlayan avtobusu çevirməyə çalışmışlar.
Müxalifət vətəndaşları yeni qanuna məhəl qoymamağa çağırıb.
Müxalifət liderlərinin çağırışlarına və Vitali Kliçkonun şəxsi müdaxiləsinə baxmayaraq nümayişçilər polislərə hücum etməkdə davam edir.
Bu gün keçirilən nümayiş prezident Viktor Yanukoviçin tərəfdarlarının cənab Yanukoviçi hakimiyyətdən getməyə çağıran yürüşlərin qarşısını almaq cəhdindən sonraya təsadüf edir.
Noyabr ayında prezident Yanukoviç xalqın iradəsinə zidd olaraq Avropa Birliyi ilə ticarət sazişini imzalamayandan sonra hökumət əleydarı nümayişçilər Kiyev və Ukraynanın digər şəhərlərinin küçələrini kütləvi etirazlar bürüyüb ("Amerikanın səsi").
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər