İxtiyarlar hökm çıxardı: Bütün kənd təcavüz etdi!
23-01-2014, 12:45
Oxunub: 4 865
Hindistanda 20 yaşlı qız sayı bəlli olmayan şəxslər tərəfindən zorlanıb
Hindistanda dəhşətli olay yaşanıb. Bolgexeber.com xəbər verir ki, sözügedən ölkədə bir qızın başqa qəbilədən oğlana aşiq olması qalmaqala səbəb olmaqla yanaşı, həm də onun dəhşətli şəkildə cəzalandırılması ilə nəticələnib.
20 yaşlı qızın qonşu qəbilədən olan oğlana aşiq olmasından sonra Kəlküttənin 180 km-də yerləşən Subalpur kəndinin «ixtiyar»ları bir araya gələrək, hökm çıxarıblar. Həmin hökmə əsasən qız «böyük səhvə və günaha» yol verdiyi üçün bütün kənd əhli ona təcavüz etməlidir. İşgəncəyə dözə bilməyən qız ağır vəziyyətdə xəstəxanaya çatdırıldıqdan sonra polis məsələdən xəbər tutub. Ardından isə cinayətkarları həbs etmək üçün əməliyyat keçirib. Nəticədə, 13 nəfər həbs olunub.
Hadisəni araşdıran polis daha da ilginc məqamları üzə çıxarıb. Məlumata görə, hökm çıxaran «ixtiyarlar» təcavüz olunan qızın ailəsindən polisə işi ört-basdır etmək üçün 400 dollar rüşvət verməsini istəyiblər. Lakin bu pulu ödəyə bilmədiyi üçün qıza təcavüz edilməsi barədə qərar veriblər.
Xatırladaq ki, Hindistanda toplu şəkildə təcavüz hadisələri tez-tez baş verir. Ötən il 6 nəfər tərəfindən zorlanması nəticəsində 23 yaşlı qız dünyasını dəyişmişdi. Bu olay ölkədə böyük etirazlara səbəb olmuşdu. Amma çox keçmədən o da məlum olub ki, hindlilər gəlmələrə, yəni turistlərə də təcavüz etməkdən çəkinmirlər. Artıq keçən ilin sonlarına doğru bir neçə belə hadisə qeydə alınıb. Hökumət isə baş verənlərin qarşısını almaqda aciz olduğunu bəyan edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər