XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Jurnalistdən “Şərurlu İsfəndiyar”a maraqlı təklif: – “…İmtina et!!!”

Jurnalistdən “Şərurlu İsfəndiyar”a maraqlı təklif: – “…İmtina et!!!”Tanınmış jurnalist Məhəmmədəli Qəribli iş adamı kimi cəmiyyətə sırınan “Şərurlu İsfəndiyar”la bağlı maraqlı status yazıb

Statusun maraqlı olduğunu nəzərə alıb, oxucuların diqqətinə çatdırırıq:

“Şərur Naxçıvan MR-in ərazisinə və əhalisinə görə ən böyük rayonu olub. Hazırda Şərurun inzibati əraziləri hesabına daha iki rayon yaradılıb. Sədərək və Kəngərli Şərurdan ayrılıb müstəqil rayon kimi fəaliyyət göstərsələr də, Şərur MR-dəki böyüklüyünü yenə saxlayır. Bunu təsadüfən xatırlatmadım. Yəqin bilirsiniz ki, belə böyük rayondan heç də az olmayan sayda ziyalılar, tanınmış alimlər, dövlət xadimləri və iş adamları çıxıb. Amma nadir halda görünür ki, onlardan kimsə özünü məhz “Şərurlu filankəs” kimi təqdim etsin.

Bu adla özünü təmtəraqlı şəkildə təqdim edənlərdən birini yəqin ki, çoxunuz tanıyırsınız. Söhbət iş adamı “Şərurlu İsfəndiyar”dan gedir. Yəqin İsfəndiyar müəllim bilir ki, belə təqdimatı adının önünə yazmaqla o ikiqat məsuliyyət daşımalı olur. Çünki onun edəcəyi yaxşı və pis əməllərin hamısı daşıdığı şəxsi adından öncə, həm də bilərəkdən adının önünə əlavə etdiyi məkanın adı ilə də bağlı olur. Bu gün mətbuatda yenə belə bir başlığa rast gəldim “Şərurlu İsfəndiyar 150 ailəni süründürür”. Belə xəbər təqdimatı ilə ilk dəfə rastlaşsaydım, heç reaksiya da verməzdim. Etiraf edim ki, uzun illərdi ki, bu adamın adı məhz fırıldaq işlərdə hallanır. Heç yaxşı əməldə təqdim olunduğuna rast gəlmədim. Bu səbəbdən də yaxşı olar ki, İsfəndiyar müəllim adının önündəki Şərurlu təqdimatından imtina etsin. Yoxsa getdikcə belə suallar artacaq ki, məgər Şərur ancaq fırıldaq yetişdirir?”
Jurnalistdən “Şərurlu İsfəndiyar”a maraqlı təklif: – “…İmtina et!!!”
Bölmə: Müsahibə-Reportaj | 23 oktyabr 2018 11:33





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: