BolgeXeber.Com » Müsahibə-Reportaj » Şəbnəm efirdə Amerikanı Avropa ölkəsi adlandırdı - TV-ni ittiham etdi

Şəbnəm efirdə Amerikanı Avropa ölkəsi adlandırdı - TV-ni ittiham etdi

16-04-2019, 14:47
Oxunub: 4 500 Şəbnəm efirdə Amerikanı Avropa ölkəsi adlandırdı - TV-ni ittiham etdiARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində qonaq olan müğənni Şəbnəm Tovuzlu suallara verdiyi cavabları ilə tənqid atəşinə tutulub.

Oxu.Az xəbər verir ki, verilişin əvvəlində aparıcılar Tovuzlu ilə yarışma keçiriblər.

Oyunun şərtlərinə əsasən, ifaçı hər suala 4 variantda 20 saniyə ərzində cavab verməli olub.

Sadə suallarla başlayan oyun daha sonra çətinləşib.

“Avropada dörd ölkə” sualına Şəbnəm “Amerikanın özü, İtaliya” cavabını verib. Daha sonra əlavə edib:

“Bu yaxınlarda Dubaya getmişdik. Dubay Avropa deyil, amma yaxındır da... Mən oralarda olmamışam vallah, nə deyə bilərəm. Ona görə də bilmirəm”.

Şəbnəm Tovuzlunun “Hüseynova bacıları” verlişində suallara doğru-dürüst cavab verməməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləyicilər Şəbnəmin coğrafi biliklərini tənqid edərək, onu qınayıblar.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Şəbnəm Tovuzlu ilə əlaqə saxlayıb.

Dəstəyi isə ifaçının köməkçisi Günel xanım qaldıraraq verlişdə yaşananlarla bağlı bunları söyləyib:

“Verlişdə öncədən Şəbnəm xanıma söylədilər ki, suallara bu variantda cavab verərsiz. Əvvəlcədən hazırlanmışdı. Bu, quramadır. Onların öz oyunları idi ki, verlişdə hər şey bu cür olsun”.