BolgeXeber.Com » FHN üzlük materiallarına “çətin yanır” rəyini verib-FOTO

FHN üzlük materiallarına “çətin yanır” rəyini verib-FOTO

20-05-2015, 10:08
Oxunub: 6 005 Dünən yanan 16 mərtəbəli binanın üzlənməsini “Global Construction” şirkətinin həyata keçirdiyini bildirmişdik. “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, "Global Construction” tikinti şirkətinin bazasında yaradılmış “Global Stone” istehsal şirkəti binaların fasadlarının poliuretan üzlük materiallarla üzlənməsi üzrə xidmətlər göstərir. Bu şirkət Bakı şəhərində onlarla binanı poliuretan üzlük materialları ilə üzləyib.

FHN üzlük materiallarına “çətin yanır” rəyini verib-FOTO“Global Stone” MMC-nin istehsal məhsulu olan kaporol boyası ilə işlənmiş poliuretan üzlüyün çətin yanan materiallardan olması bildirilmişdir

BOLGEXEBER.COM bildirir ki,“Marja”nın əldə etdiyi sənədə görə, bir müddət əvvəl Yasamal rayonu, Zərdabi rayonu 45 ünvanındakı binanın sakinləri üzlüklər barədə Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Müraciətə cavab olaraq bildirilib:

-Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Dövlət Yanğın Nəzarəti İdarəsinin rəhbərliyi nəzərinizə çatdırır ki, Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış və baxılması üçün Dövlət Yanğın Nəzarəti Xidmətinə daxil olmuş müraciətinizə cavab olaraq bildirirk ki, Yasamal rayonu, Zərdabi rayonu 45 ünvanında yaşayış binasının üzlənməsində istifadə olunmuş üzlüyün Azərbaycan Respublikasının DYMX Yanğın təhqiqatı sınaq laboratoriyasının 08.11.2012-ci il tarixli 331 nömrəli sınaq pratolunda “Global Stone” MMC-nin istehsal məhsulu olan kaporol boyası ilə işlənmiş poliuretan üzlüyün çətin yanan materiallardan olması bildirilmişdir.

Sakinlərə cavab məktubuna 2-ci Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Elzar Qədimov imzalayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Global Stone” şirkətinin poliuretan məmulatlarına uyğunluq sertifikatı vermişdir.

“Global Stone”nin zavodu Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşir. Zavod 2011-ci ilin İyulunda istifadəyə verilib.

"Global Stone" şirkəti ilə bərabər "M-Line", "Global Light" və "Poliplast" şirkətləri də "Global Construction” şirkətinə bağlıdır. Yayılan məlumata görə, “General Construction” 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xaqani Bəşirovdur.Dİgər məlumata görə, Xaqani Bəşirov uzun illərdir ki, sözügedən şirkətə rəhbərlik etmir. Hazırda şirkətin kimə məxsus olması isə məlum deyil.
BOLGEXEBER.COM
FHN üzlük materiallarına “çətin yanır” rəyini verib-FOTO